- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.14.2015

Ermənistan hərbçiləri atəş açdı: Tovuzda 2 uşaq, 1 qadın yaralandı

Ermənistan silahlı bölmələrinin ötən gecə açdığı atəş nəticəsində Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində iki azyaşı olmaqla 3 nəfər yaralanıb.

Salamnews-un bölgə müxbirinin verdiyi xəbərə görə, yaralılar dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Zərərçəkənlərin və qonşuların sözlərinə görə, həyətdə olarkən qəfildən açılan atəş 12 yaşlı Nərmin, onun 8 yaşlı qardaşı Tuncay Xanbabayevə və 44 yaşlı Durdanə Nağıyevaya dəyib. 

İriçaplı silahdan açılmış atəş zamanı həyətə düşən mərminin qələpələri azyaşlıların və 44 yaşlı kənd sakininin müxtəlif nahiyələrini yaralayıb.

Bildirək ki, hazırda Xəstəxanada müalicə alan zərərçəkənlərin vəziyyətini həkimlər kafi qiymətləndirir.

Комментариев нет:

Отправить комментарий