- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

8.26.2015

BTƏ: Azərbaycan partlayışdan zərər görməyib

Azərbaycanın Dövlət Neft Şirkəti Qarsın Sarıkamış vilayətində partladılan Bakı-Tbilisi Ərzurum qaz xəttində təmir işlərinin bir neçə gün davam edəcəyini deyir.
Şirkətin sözçüsü Nizaməddin Quliyev BBC Azərbaycancaya deyib ki, indiki partlayış avqustun əvvəlində baş vermiş hadisəylə eyni yerdə meydana gəlib.
Ötən gecə Qarsın Sarıkamış vilayətində Bakı-Tbilisi Ərzurum qaz xətti partladılıb, Anadolu Agentliyi məlumat yayıb.

Qars valisi Günay Özdemir agentliyə bildirib ki, Çataldere Dikenli Tabya mövqeyindən keçən kəmərə PKK hücum edib.
Bu, avqust ayında eyni qaz xəttində baş vermiş ikinci partlayışdır.
ARDNŞ kəmərin Türkiyə operatoru, BOTAŞ şirkətinin hadisənin təfərrüatları araşdığını bildirib.
"BOTAŞ-ın məlumatına görə, təmir işləri bir neçə gün davam edə bilər”, cənab Quliyev əlavə edib.
Onun sözlərinə görə, qaz kəmərinin Azərbaycan ərazisindən keçən hissəsi avqustun 2-dən təxminən bir ay müddətinə profilaktika məqsədilə təmirə dayanıb və avqustun 24-də işə başlayıb.
Layihənin operatoru BP Azərbaycan da bildirib ki, partlayış Azərbaycanda Şahdəniz platformasının işinə zərər vurmayıb. Çünki ayın əvvəlindən bəri bərpa-profilaktik işləri ilə əlaqədar hasilat aparılmayıb.
"Kəmərin tamamilə dolması üçün 2-3 gün vaxt lazımdır, boru kəməri indi dolmağa başlayır və qaz Türkiyəyə hələ gedib çatmayıb", şirkət Trend agentliyinə bildirib.
BOTAŞ şirkətinın və Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin media müşavirliklərindən BBC Azərbaycancaya bildirilib ki, rəhbərlik hadisəylə bağlı iclas keçirir.
Partlayış nəticəsində yaranan alovlar yüksəkliyə qədər uzanıb, Anadolu agentliyi qeyd edir.
"Hadisədən uzaqdayıq, təhlükəsizlik tədbirləri alınıb, qaz klapanları bağlanıb, hazırda alovun sönməsini gözləyirik", Özdemir deyib.
Sarıkamışda partlayış səsini eşidən sakinlər çölə çıxıb. Alovlar Qars və Ərzurumun bəzi kəndlərindən görünüb.

Комментариев нет:

Отправить комментарий