- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

9.15.2015

Ata-anası çanta ala bilmədi, şagird özünü asdı

Dünən İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
12 yaşlı məktəbli yeni dərs ilinin başlamasına bir gün qalmış özünü asaraq intihar edib.
İsmayıllı Rayon Polis Şöbəsindən verilən məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü İsmət Qismət oğlu Əsədovdur. O, özünü yaşadığı evin həyətindəki anbarın çardağından asıb. İntiharın dəqiq səbəbi hələlik bəlli deyil, araşdırma aparılır.

Ailəni tanıyan şəxsin “Qafqazinfo”ya verdiyi məlumata görə, yeniyetmənin intihar etməsinə səbəb dərslərin başlamasına bir gün qalsa da ailəsinin ona çanta və köynək ala bilməməsi olub.
http://virtualaz.org/reyler/54224

Комментариев нет:

Отправить комментарий