"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası yaranandan keçmiş 20 il ərzində 1400-dən artıq Azərbaycan
vətəndaşının Vətənə qaytarılmasına müvəffəq olmuşuq. Təəssüf ki, onlardan bir
qisminin cənazələri gətirilib. Digərləri isə sağ olaraq əsir və girovluqdan
azad edilib".
Kanal24.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri
Firudin Sadıqov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi:
dünya həqiqətləri bilməlidir" mövzusunda keçirilən konfransda bildirib.
Konfransda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir
düşmüş və girov götürülmüş soydaşlarımızın üzləşdiyi məşəqqətlər" mövzusunda
çıxış edən Firudin Qurbanov qeyd edib ki, müharibələr, münaqişələr zamanı hərbçilərlə
yanaşı, mülki şəxslər də ölür, əsir və girov götürülürlər: "Azərbaycanın
üzləşdiyi problem beynəlxalq humanitar hüquq normaları ilə aparılan müharibələrdən
çox fərqlidir. Dağlıq Qarabağ münaqişəsi Ermənistandan azərbaycanlıların mərhələli
şəkildə köçürülməsi ilə başlamışdı. Daha sonra silahlı konflikt başladı:
"Nəticədə Azərbaycanda 20 mindən artıq insan həlak oldu. Bu günədək bu
münaqişə nəticəsində 4 mindən artıq itkin düşmüş Azərbaycan vətəndaşı var.
Onların axtarışı ilə Dövlət Komissiyası ciddi şəkildə məşğul olur. Son nəfər azərbaycanlının
axtarılıb tapılması qarşımıza məqsəd qoyulub".
F.Sadıqov ermənilərin azərbaycanlılara qarşı patoloji
nifrəti barədə dünyada analoqu olmayan nümunələr də gətirib: "Bizdə məlumat
var ki, ermənilər azərbaycanlıları kütləvi surətdə, 30-40 nəfər şəklində
saxladıqları dövrdə onlara işgəncələr verməklə yanaşı, ağır işlərə də cəlb
ediblər. Onlar azərbaycanlı girovlardan Azərbaycan qəbiristanlıqlarının sökülməsində
istifadə ediblər. Qəbirlərin sökülməsində yeganə məqsəd mərmər məzar
daşlarından erməni zabiti üçün ev tikilməsi olub. Bu, dünyada analoqu olmayan
bir şeydir. Baxın, onlarda bu dərəcə nifrət var".
Qeyd edək ki, konfrans Milli Təhlükəsizlik Nazirliyi
(MTN), Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyası və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə təşkil
edilib.
http://kanal24.az/?m=xeber&id=1440
Комментариев нет:
Отправить комментарий