- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

11.28.2014

Cəlilabadda evlər və həyətyanı sahələr su altında qalıb

Cəlilabad rayonunda yağan güclü yağış nəticəsində Sabirabad kəndində yaşayan sakinlərin evlərinə və həyətyanı əkin sahələrinə su dolub.
Hadisə kəndin ərazisindən keçən Qarayar çayının məcrasından çıxması nəticəsində baş verib.
Yerli sakinlərin BBC Azərbaycancaya verdiyi məlumata görə, daşqın nəticəsində üç evə “ciddi ziyan” dəyib və divarlarında çat əmələ gəlib.
Qarayar çayının mövsümi çay olduğunu bildirən sakinlər daşqının səbəbinin çayın yatağının təmizlənməməsi ilə əlaqəli olduğunu deyir.

“Yay ərzində bu yataqlar təmizlənməlidir. Çayın ortasında ağac bitib. 10-15 ildir ki, yağış güclü yağanda bu hadisə təkrarlanır”, sakinlərdən biri bildirib.
Həyətyanı əkin sahələrinin suyun altında qaldığını qeyd edən sakinlərin sözlərinə görə, tədarük olunan kartof tumları da zirzəmilərdə su altında qalaraq yararsız hala düşüb.
2-3 il əvvəl oxşar hadisə ilə üzləşdiklərini deyən sakinlər bildirir ki, "yenicə yetişən payızlıq kartof" çay sularının altında qalıb.
Məlumata görə, hazırda ərazidə quraşdırılmış su nasosları vasitəsilə həyatyani sahələrdən yağış sularının çəkilməsi prosesi aparılır.
BBC Azərbaycancanın Cəlilabad Rayon İcra Hakimiyyətdən məsələ ilə bağlı şərh almaq cəhdləri baş tutmayıb.

http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/11/141127_jalilabad_floods

Комментариев нет:

Отправить комментарий