- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

12.11.2014

Əvəz Həsənov: “Azərbaycanın Qərbə qarşı cavabları daha da sərtləşəcək”

Son günlər Qərb və ABŞ rəsmilərinin bir-birinin ardınca Azərbaycanın ünvanına ciddi tənqidlər gəlməkdədir. Belə ki, Cen Psaki Azadlıq radiosunun əməkdaşı Turxan Kərimovun mülki geyimli şəxslər tərəfindən saxlanılaraq polis bölməsinə aparılmasına münasibət bildirərkən rəsmi Bakını vətəndaşların universal hüquqlarına hörmət etməyə və onları öz baxışlarını sərbəst şəkildə ifadə etməyə imkan verməyə çağırıb. Cen Psakinin bu bəyanatına Azərbaycan tərəfindən çox sərt reaksiya verilib.


Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən hüquq müdafiəçisi Əvəz Həsənov deyib ki, son zamanlar bu bəyanatlar intensiv hal alıb: “Azərbaycan  hökumətində Qərbin və ABŞ-ın səsləndirdiyi bəyanatlara qarşı bir immunitet yaranıb. Əvvəllər bu cür bəyanatlar çox tez-tez baş vermirdi. Bu baxımdan  Azərbaycan çalışırdı ki, bu məsələlərə müəyyən dərəcədə reaksiya verməyə çalışırdı. Amma artıq son zamanlar bu bəyanatlar intensiv hal alıb. Azərbaycan son günlər Yunanıstanda, Fransada və İtaliyada baş verən iğtişaşlar vaxtı etirazçıların zorakılıqla dağıdılmasından sonra yeni arqumentlər əldə edib. Artıq Qərblə bu dildə danışmağa başlayıb. Təbii ki, Azərbaycan kimi bir dövlətin Qərbin, məxsusən də ABŞ-ın bəyanatlarına  sərt qarşılıq verməsi yaxşı hal deyil. Azərbaycan çalışmalıdır ki, öz problemlərini həll etsin və Qərblə qarşıdurmaya getməsin. Bu baxımdan Azərbaycanın ritorikası dəyişəcək. Hələ bundan sonra Azərbaycan daha sərt ritorika seçəcək. Azərbaycan bununla göstərmək istəyəcək ki, o, Qərbin təzyiqlərini qəbul etmir. Təbii ki, Qərb Azərbaycanla bağlı güzəştə gedəcəyi inandırıcı görünmür”.

http://deyerler.org/231582-zhvjz-hjsjnov-vazjrbaycandn-qjrbj-qared-cavablard-daha-da-sjrtljejcjkv.html

Комментариев нет:

Отправить комментарий