- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

1.16.2015

Müharibə əlili doğmalarının ümidinə qalıb

“Veteran olduğumu 18 ildən sonra sübut elədim...”

“Başımdan yaralananda ilk yardımı Ağdərədə göstərdilər. Sonra isə Göyçaya göndərdilər. Amma burada başıma saplanan qəlpəni çıxara bilmədilər. Ona görə Şəkiyə gəldim. Burada əməliyyatla qəlpəni çıxarandan sonra müalicəmi Mingəçevirdə davam etdirdim. Birtəhər məni ayağa qaldırdılar. Amma artıq orduya yaramırdım”.

Bu, könüllü olaraq Qarabağ müharibəsinə yollanmış Mais Məmmədovun ikinci yaralanması idi. Ağdərə ətrafında döyüşən Məmmədov ilk dəfə böyrəyindən qəlpə yarası almışdı. Müalicə olunub yenidən döyüşlərə qayıtmışdı. Amma ikinci yaralanmadan sonra onu ordudan tərxis edirlər. Hazırda Mais Məmmədov ikinci qrup Qarabağ müharibəsi əlilidir. Amma bu statusu almaq ona asan başa gəlməyib. Bu haqda bir qədər sonra...

Ordudan t
ərxis olunduqdan sonra müsahibim Şəkiyə anasıgilin yanına gedib. Burada ailə qurub. Valideynlərinin, qardaşlarının köməyilə həm dolanıb, həm də müalicə olunub.

“Qardaşlarım da evl
ənib, oğul-uşaq sahibi olandan sonra ata evinə sığmadıq. Mən də ailəmi götürüb Mingəçevirə üz tutdum. Valideynlərim kirayə pulumuzu ödəyirdilər. Həm də hər ay təqaüdlərini göndərirdilər ki, birtəhər dolanaq. Qardaşlarım da vaxtlı-vaxtında müalicəmi etdirirdilər”.

Valideynl
ərinə və qardaşlarına yük olmağın əziyyətini çəkən Mais Məmmədov özünə uyğun iş axtarmağa başlayıb. Amma elə bir iş tapa bilmədiyi üçün fəhləliyə gedib.

“Qaş düz
əltdiyim yerdə vurub göz çıxardım. Səhhətim daha da pisləşdi. Ciyərlərimə su yığıldı. Qardaşım məni Moskvaya apardı. Müalicəmə nə qədər pul tökdü. Dörd aydan sonra tam sağaldım, Azərbaycana qayıtdıq”.

Mais M
əmmədovun həyat yoldaşı Ülviyyə danışır ki, imkansızlıqdan zaman-zaman dəyərli əşyalarını da satmaq məcburiyyətində qalıblar:

“Döyüşd
ə iki dəfə yaralanıb, kantuziya almış adamdır. Müalicəsini ləngitməmək lazımdır. Bir ara heç pul olmadı, məcbur qalıb gəlinlik zinət əşyalarımı satdım. Heç itəmirdi satmağımı. Dedim ki, uşaqlarım atasız qalandan sonra neynirəm qır-qızılı?!”

Yenid
ən işsiz qalan Məmmədov döyüş yoldaşlarının təkidi ilə müharibə veteranı olduğunu sübut etmək üçün yenidən dövlət qurumlarına üz tutub.

“Ordudan 1993-cü ild
ə tərxis edilmişəm. Amma müharibə veteranı olduğumu 2012-ci ildə sübut edə bildim. Hazırda 2-ci qrup Qarabağ əlili kimi 300 manata yaxın təqaüd alıram”.

Amma bu da Mais M
əmmədov və ailəsini ağ günə çıxarmayıb. 

“Oğlum ali m
əktəbdə oxuyur, qızım isə 11-ci sinifdə. Mən 300 manatla övladlarımı oxudum, kommunal xərcləri ödəyim, evə bazarlıq edim, yoxsa müalicə olunum?...”

Mais M
əmmədov deyir ki, Bakıda təhsil alan oğlunun aylıq kirayə xərcini bir dostu ödəyir. Ailə üzvləri, qohum-əqrabası da əvvəlki kimi onlardan öz yardımlarını əsirgəmirlər. Söylədiyinə görə, illər sonra kirayələrdən qurtarıb ev sahibi olması da doğmalarının sayəsində baş verib. Yəni müharibə veteranı ailə üzvlərinin, qohum-əqrabanın, dost-tanışın ümidinə qalıb.

“T
ətildə oğlum da işləyib mənə kömək edir. Özüm də yenə fəhləlik edirəm. Palçıq qarışdırıram, qum daşıyıram. Nə iş olsa görürəm də. Çörək pulu qazanmaq eyib iş deyil. Amma çatdıra bilmirəm”.

Bütün bunlardan sonra Mais M
əmmədov bir daha müharibə olmasını istəmir. Düşünür ki, müharibə yolu keçən insanlar sonradan taleyin ümidinə buraxılır, cəmiyyətdə onlara qarşı ikinci dərəcəli insan münasibəti göstərilir. Odur ki, bütün münaqişələrin sülhlə bitməyini diləyir: 

“M
ən müharibə veteranı kimi nə evlə, nə maşınla təmin olunmuşam. Müalicəmə görə qohumlarıma borcluyam. Bu dövlətdən heç nə görməmişəm. Odur ki, bizim müharibədə çəkdiyimiz əziyyət, gördüyümüz dəətlər tamamilə bəhrəsizdir. Bundan sonra da tək istədiyim – həmişə sülh olsun. Məcburi köçkünlər evlərinə qayıtsın. Başqa nə istəyə bilərəm ki?...”

Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyy
əsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çəivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.

http://civil-forum.az/meqaleler/767-mharib-lili-domalarnn-midin-qalb.html


Комментариев нет:

Отправить комментарий