- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

4.08.2015

Bakı, Avropa Oyunları öncəsi "siyasi məhbusları" azad etməyə çağrılıb

İdman və İnsan Haqları Alyansı Avropa ölkələrinin olimpiya komitələrini Azərbaycanda olan siyasi məhbusların azad edilməsi üçün hərəkətə çağırıb.
Avropanın əsas olimpiya komitələrinə və milli olimpiya komitələrinə ünvanlanmış çağırışda deyilir ki, Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etməzsə, bu, Avropa Oyunlarının üzərinə ləkə sala bilər.
Bakıda iyunun 12-dən 28-dək keçiriləcək Oyunlarda idmanın 20 növü üzrə 50 ölkədən 6 min idmançı iştirak etməlidir.

Amnesty International insan haqları təşkilatının Hollandiya üzrə direktoru Eduard Nazarski deyib ki, Avropa olimpiya komitələri insan haqları məsələsini prezident İlham Əliyevin nəzərinə çatdırmaq üçün misilsiz imkana malikdir.
Onun sözlərinə görə, sakit dayanmaqla, Avropa olimpiya komitələri Azərbaycan hökumətinə belə bir yanlış mesaj verə bilər ki, onun Oyunları keçirməklə yanaşı öz tənqidçilərini susdurması məqbul sayılır.
Amnesty nümayəndəsi xatırladır ki, Olimpiya Xartiyasına görə olimpiya oyunları insan ləyaqəti və idmanın cəmiyyətin rəvan inkişafının əsasını təşkil etdiyini göstərməlidir.
Bu yaxınlarda təsis edilmiş İdman və İnsan Haqları Alyansı (The Sport and Rights Alliance) koalisiyasına Amnesty International, Human Rights Watch, Dünya Oyunçuları İttifaqı (FIFPro – World Players’ Union), Avropada Futbol Tərəfdarları (Football Supporters Europe), İnsanların Planeti (Terre des Hommes) və bir sıra başqa mötəbər təşkilatlar daxildir.
Alyans iri idman yarışlarına ev sahibliyi edən ölkələrin insan haqlarına və ətraf mühitə hörmət göstərməsi, habelə idman qurğularının tikintisindən tutmuş, oyunların özü də daxil, onlara hazırlıq tədbirlərinədək anti-korrupsiya tələblərinə cavab verməsini təbliğ edir.
Alyans bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickeyə məktub göndərərək, onu Azərbaycanda hökumətin təniqdçilərinə qarşı sərt hücumlar və pisləşməkdə olan media azadlığı mühiti ilə bağlı səsini ucaltmağa çağırıb.
Məktubda deyilir ki, aparıcı jurnalist və insan haqları fəallarının həbsləri və məhbus edilmələri Olimpiya Xartiyasının azad mətbuat və insan ləyaqəti kimi prinsipləri ilə bir araya sığmır.
İdman və İnsan Haqları Alyansı Avropa Olimpiya Komitəsini nüfuzundan istifadə edərək hələ Oyunların açılışından əvvəl üç mühüm addımı atmağa çağırır:
“Xədicə İsmayılova, Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Rauf Mirqədirov, Anar Məmmədli, İlqar Məmmədov və Tofiq Yaqublu da daxil olmaqla, məhbus olan bütün jurnalist və insan haqları fəalları dərhal və qeyd-şərtsiz olaraq azad edilməlidirlər.
İnsan haqları fəalları, hüquqşünaslar, jurnalsitlər, müxalifət nümayəndələri və başqalarına qarşı qısnama, təhdid, qanunsuz həbslər və siyasi motivli mühakimələrə son qoyulmalıdır.
Sərbəst toplaşmaq, söz və mətbuat azadlıqlarının məhdudlaşdırılması, insan haqları təşkilatlarının və başqa müstəqil təşkilatların qanuni fəaliyyətinin əngəllənməsi, əsassız olaraq qeydiyyatından imtina edilməsi dayandırılmalıdır”.


http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/04/150407_prisoners_in_azerbaijan

Комментариев нет:

Отправить комментарий