- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

5.27.2015

Azərbaycanlılar Avropa Oyunları öncəsi nəqliyyatdakı məhdudiyyətlərdən narazıdır

Bir qrup azərbaycanlı Facebook istifadəçisi Bakı şəhər Baş Polis İdarəsinin nəqliyyatla bağlı rəsmi bəyanatından sonra öz qəzəbini ifadə edib.
Bəyanatda deyilir ki, Avropa Oyunlarna məxsus maşınların hərəkəti üçün nəzərdə tutulmuş Oyunlar zolağında nəqliyyatın hərəkəti digər sürücülər üçün mayın 29-dan məhdudlaşdırılacaq.
Eyni zamanda, bəyanatda əlavə olunur ki, bu cür yollardan icazəsiz istifadə edən sürücülər 40 manat məbləğində cərimə olunacaqlar.
“Vaxt gələcək onlar bizdən nəfəs almağa görə də pul istəyəcəklər,” Anar Veliyevadlı istifadəçi 25 mayda Bizim Yol qəzetinin Facebook səhifəsində yazıb.

“Burada hər şey turistlərin rahat hərəkət eləməsi üçün qadağan edilib,” Koko Shanel adlı istifadəçi həmin səhifədə yazıb.
“Avropalı qonaqlara boyun əyməyən şəxslərin boyunları vurulmalıdır. Görəsən Avropa ölkələri də öz vətəndaşlarına bizə görə bu cür zülm edərdi???” Mahir Abdinov adlı istifadəçi bilmək istəyir.
“Yazıq camaat, işə getmək üçün paraşütdən istifadə etməlidir,” Leyla Eliyeva adlı istifadəçi yazıb.
“Bir zolaq 4000-5000 insan üçündür və digəri isə yerdə qalan 9.5 milyon insan üçün. Fərqə baxın,” Rasim Gulmemmedov adlı istifadəçi yazıb.
“Bu, pul yığmağın başqa bir yoludur... Dövlətimiz qanımızı içir,” Yashar Dadashovadlı istifadəçi deyir.
“Biz öz ölkəmizdə öz yolumuzdan istifadə edə bilmirik,” Metin Ali Alizade deyir.
Bu arada, özəl və hökumətə yaxın mətbuat orqanları Avropa Oyunlarını təbliğ edir.
Özəl televiziya kanalı olan ANS mayın 26-da bildirib ki, Oyunlar “Azərbaycanı dünyaya Avropa dövləti, dünyəvi bir ölkə və müsəlman Şərqi ilə xristian Qərbi arasında körpü kimi tanıdacaq”.
“İlk Avropa Oyunları həmçinin dünyanın Azərbaycanın qədim tarixi, musiqisi, incəsənəti, milli yeməkləri və qonaqpərvərliyi ilə tanış olması üçün yaxşı şansdır,” TV kanalı bildirib.
Məşhur hökumət yönümlü xəbər saytı olan Day.az aprel ayında təəssüflə bildirmişdi ki, Oyunlar öncəsi “bəzi yerli media orqanları və şəxslər Azərbaycanla bağlı hər cür yalanı yaymağa hazırdırlar” və Azərbaycanın Oyunlardan narazı olduğunu iddia edirlər.
Hökumət yönümlü media, Oyunlar öncəsi anti-Azərbaycan “şəbəkədə” Azərbaycanın insan haqları məsələsinin beynəlxalq aləmə yayılmasını pisləyib.
Dövlət və hökumətə yaxın qəzetlər, saytlar, millət vəkilləri və hakim Yeni Azərbaycan Partiyasının rəhbər üzvləri bildirib ki, yerli “anti-milli” qüvvələr və xarici dairələr tərəfindən həyata keçirilən kampaniya, ölkənin “uğurlu inkişafı və yüksələn beynəlxalq imicinə” paxıllıqdan irəli gəlir.

http://www.bbc.com/azeri/azerbaijan/2015/05/150526_european_games_traffic_restrictions


Комментариев нет:

Отправить комментарий