- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.02.2015

Kreditlər üzrə işlər niyə məhkəməyə çatmır?

Son dövrlər yerli mətbuat Beynəlxalq banka kredit borcu olduğu deyilən sahibkarların həbsindən yazır. BBC Azərbaycanca müzakirə edilən bu mövzu barədə ekspertlərin rəyini öyrənib.
"Götürülmüş kreditlərin belə addımlarla geri ödənilməsi çətin olacaq. Söhbət 100 milyonlarla vəsaitdən gedir”, iqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya müsahibəsində deyib.

Onun sözlərinə görə, Beynəlxalq bankda verilmiş kreditlərin geri ödənilməsində yaranmış neqativ halların həcminin artması bu tipli addımlara getməyə sövq edib.
“Müqavilədə qeyd olunmuş vaxt bitməmiş bankların kreditlərini geri tələb etməyə icazəsi yoxdur. Yalnız forsmajor situasiya və məhkəmə qərarı olarsa müqavilələrə yenidən baxılmalıdır”.
İqtisadçı sahibkarlara qarşı açılmış cinayət işlərinin məhkəmələrə qədər gedib çıxmayacağını düşünür.
“Sistemin özü çox skandallı işlərin məhkəməyə qədər getməsini və orda bəzi açıqlamaların verilməsinin tərəfadrı deyil. Bir müddət öncə iki sahibkar azad edildi. O biriləri də azad ediləcək”, o deyir.
Natiq Cəfərli onu da bildirir ki, ölkədə ciddi gəlirlərin azalması problemi var və bu problemlər getdikcə surətlənəcək.
“Neftin qiymətinin düşməsi və iqtisadi aktivliyin azalması buna gətirib çıxarıb. Biz hələ də pik nöqtəyə çatmamışıq. Ola bilər ki, gələcəkdə daha səsli küylü işlərin şahidi olaq”, o deyir.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, həbslər kreditlərin toplanmasının kobud və qanunsuz yoludur.
“Maliyyə böhranı fonunda Azərbaycan banklarının maliyyə sisteminin güzgüsü kimi kimi dünyaya təqdim edilən Beynəlxalq bankla bağlı yaranmış vəziyyət ölkənin maliyyə sisteminin daha pis vəziyyətə düşəcəyinə siqnal idi. Həbslər bankın drumunu düzəltmək üçün idi. Vaxtın çatmamasına rağmən vəsaitin indi ödənilməsini tələb etmək onu göstərir ki, ola bilsin indi hakimiyyətə böyük pul kütləsi lazımdır”, Ərəstun Oruclu deyir.
Millət Vəkili Zahid Oruc sahibkarlara qarşı atılan addımları qeyri-qanuni hesab etmir.
“Bu həbslər sahibkarlardan, iri iş adamlarından hansısa vəsaitlərin alınması, qeyri-rəsmi ödənişlərin tələb edilməsi, onların fəaliyyətinə zorakılıq vasitəilə müdaxilə, işlərini təftiş etmək, polis qanunlarını iqtisadi sistemə gətirmək kimi bir niyyət daşımır. 1994-cü ildə Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə belə bir hüquq verilib. Yəni, küllü miqdarda kredit borclarının geri qaytarılmaması, ictimai əmlakın ələ keçirilməsi, çirkili pulların yuyulması, dövlət vəsaitini təyinatından yayındırılması və s. məsələlərlə işlərdə onların bu addım atmağı doğrudur”.
Zahid Oruc onu da bildirir ki, bu məsələlərə məhkəmə xitam verməli olsa da, polisin qarışması məqsədəuyğundur. Çünki Beynəlxalq Bank sadəcə özəl bir qurum deyil, dövlət vəsaitlərinin 51 faizdən yuxarısını mühüm layihələrə yönləndirən bankdır.
“Bu məbləğ İqtisadi İnkişaf Nazirliyinin sərəncamında olan puldan 8 dəfə yuxarıdır. Nazirlik bir milyard manatdan artıq vəsaitlərə baxmır, amma Benəlxalq Bankda 8 milyard manata yaxın pul var. Problemli kreditlər geri ödənilməlidir. Qeyri-rəsmi rəqəmlərə görə ölkədə 6, rəsmi rəqəmlərə görə isə 1, 5 milyard manat problemli kredit var. Ona görə məsələni bu sadə müstəviyə gətirilməlidir və onlardan tələb edilməlidir ki, məbləği geri qaytarın” deyən millət vəkili bu halı dövlətin kütləvi olaraq biznes mühitiə kəskin müdaxiləsi kimi dəyərləndirmədiyini də əlavə edir.
İqtisadçı Əkrəm Həsənov hadisələri təhlil edərkən kreditləri ayıran bankdan heç kəsin məsuliyyətə cəlb olunmadığına diqqəti çəkir.
“Banklar kredit verəndə kreditin istifadə edilmə planı tərtib olunur. Əgər söhbət 100 milyon və daha artıq məbləğdən gedirsə, bunun biznes layihənin icrası üçün nəzərdə tutulduğu aydındır. Bu zaman banklar vəsaitin necə istifadə edilməsini monitorinq edir. Müəyyən edir ki, təyinatı üzrə istifadə edilirmi, faizlər və əsas məbləğ vaxtlı vaxtında geri ödənilirmi? Əgər iki amilin heç birinə riayət olunmursa bütün dünyada bu qanunvericiliyin pozulmasıdır”.
http://www.bbc.com/azeri/azerbaijan/2015/05/150530_baku_credit_round_up

Комментариев нет:

Отправить комментарий