- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

5.02.2015

Freedom House Azərbaycanı mətbuatı "azad olmayan" ölkələrə aid edib

İnsan haqları üzrə Freedom House təşkilatınınn sonuncu hesabatında Azərbaycan mətbuatı azad olmayan ölkələr siyahısına aid edilib.
ABŞ-da mənzilllənən kampaniya qurumunun 199 ölkəni əhatə edən hesabatında 63 ölkə azad, 71 ölkə qismən azad, 65 ölkə isə azad olmayan mətbuata sahib kimi qeyd edilib.
Hər bir ölkə və ərazi üçün Azad, Qismən Azad və ya Azad olmayan statusunun təyin edilməsi üçün, 100 xallıq şkala təyin edilib.

Bu şkalada Azərbaycanın xalı 87-dir. Bakı sonuncu hesabata münasibət bildirməyib. Lakin yüksək rütbəli Azərbaycan rəsmiləri Freedom House-u bundan əvvəl tənqid ediblər.
Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da 2013-cü ildə mətbuata danışaraq Freedom house nümayəndələrini ədalətli olmağa çağırıb.
“Biz demirik ki, tənqid etməsinlər, demirik ki, yazmasınlar. Tənqid etsinlər, yazsınlar, amma bunları ədalətlə etsinlər. Bilirsiniz, biz İslam xalqıyıq, biz müsəlman xalqıyıq, biz emosiyalara uyanıq. Biz görsək ki, ədalətli şəkildə yanaşma, tənqid var, o zaman onu da qəbul etməyə hazırıq. Ancaq onları bunu bacarmırlar. Bizə təəccüblü gələn də elə budur...”, o deyib.
Sənəddə deyilir ki, 2014-cü ildə dünyada mətbuat azadlığı son 10 ildə ən aşağı həddə düşüb. Bir çox informasiya jurnalistlər üçün daha da əlçatmaz olub.
"Mətbuat Azadlığı 2015" adlı hesabata əsəsən Azərbaycan həbsdə olan 9 jurnalist ilə ən pis qanun pozuculardan biridir. “Dekabr ayında araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs edilib, Azadlıq Radiosunun Bakı ofisi axtarılıb və qapadılıb. Bir neçə media müdafiəçi qrupları da il ərzində bağladılıb”, hesabatda qeyd edilir.
Hesabatda ən azad mətbuata sahib ölkələr Avropa ölkələri, ABŞ, Yaponiya, Yeni Zellandiya, Gürcüstandır. Gürcüstanın xalı 18-dir. Bu ABŞ-ın xalı ilə eynidir. Ermənistan, Türkiyə, İran və Rusiya da azad olmayan mətbuata sahib olan ölkələrdəndir.
Ən çox xala sahib ölkələr isə Belarus, Kuba, Eritreya, İran, Şimali Koreya, Suriya, Türkmənistan və Özbəkistandır.
http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/04/150429_freedom_house_report

Комментариев нет:

Отправить комментарий