- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

5.05.2015

"Yaxın 10 il ərzində dünyada qadınlar güc strukturlarında daha çox təmsil olunacaq"

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun Azərbaycanda qadınların nə zamansa müdafiə naziri postuna gətiriləcəyinin mümkün olub-olmadığı barədə fikrini öyrəndi. 

Ə.Həsənov qeyd etdi ki, Müdafiə Nazirləri postuna qadınların təyin olunması yeni bir trend olduğundan hələ ki, cəmiyyət tərəfindən bu vəzifəni icra edən qadınlara ciddi münasibət yoxdur. Lakin, nəzərə almaq lazımdır ki, bu ənənə davam edəcək və yaxın 10 il ərzində dünyada qadınlar güc strukturlarında daha çox təmsil olunacaqlar. Onu deyə bilərəm ki, artıq Gürcüstanda bu posta qadın təyin olunub. Norveç, İsveç, Hollandiya və Almaniyanın müdafiə nazirləri də qadınlardır.  Almaniyanın 55 yaşlı Müdafə Naziri Ursula von der Leyen yeddi uşaq anası olmasına baxmayaraq ən populyar namizdələrdən biri kimi bu vəzifəyə təyin olundu. 
Azərbaycanda qadınların güc strukturlarında təmsilçiliyi aşağı səviyyədədir. Onlar nəinki, 2-ci və 3-cü səviyyəli hərbi rütbəyə, heç orduda xidmət postlarına maılik deyillər. Bizim qadınlar arasında heç səhiyyə və təhsil naziri təyin olunanları yoxdur, qaldı ki, onların müdafiə naziri postuna gətirilməsi. Hansı nazir və yaxud onların müavinləri, icra başçıları, komitə sədrləri qadınlradır?  Onların sayı heç 10 nəfərə çatmaz. İnanmıram ki, Azərbaycan cəmiyyətində qadınların güc nazirliklərinə təyin olunmasının ciddi perspektivi olsun. Buna on illiklər lazımdır ki, cəmiyyət kişilərin siyasətdə dominantlığından qurtulsun.

http://moderator.az/index.php?xeber=76930

Комментариев нет:

Отправить комментарий