- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.12.2015

Aİ: Azərbaycandan "izahat gözləyirik”

Avropa İttifaqı bildirir ki, ATƏT-in Bakı ofisinin bağlanması ilə bağlı qərar gözlənilməz olub və Azərbaycan bu barədə iştirakçı dövlətlərlə məsləhətləşməyib.
Azərbaycan ATƏT-ə Bakıdakı ofisini bağlaması barədə məktub göndərib. XİN iyunun 4-dən etibarən Bakıda layihə əlaqələndiricisi postu ilə bağlı memorandumu başa çatdırdığını bildirib.
Avropa İttifaqı həmin sənəddə qərarın səbəbinin açıqlanmadığını qeyd edərək Azərbaycandan izahat gözlədiyini bildirir.

Milli Məclsin sədr müavini Bahar Muradova bildirib ki, insan haqları da daxil olmaqla Azərbaycanın əldə etdiyi uğurlar ATƏT ofisinin fəaliyyətinə "ehtiyac olmadığını" göstərir.
“Azərbaycan həmin qərara qədər iştirakçı dövlətlərlə məsləhətləşməyib. Üstəlik biz başa düşmürük ki, Azərbaycan Hökuməti Anlaşma Memorandumunun dayandırlması üçün niyə belə tələsir? Və niyə Azərbaycan Bakıda Layihə Əlaqələndiricisi Ofisinin bağlanması üçün belə qısa müddət qoyub? Bildiririk ki, ATƏT-in Fəaliyyətdə Olan Sədri bu bəyənatdan üç gün əvvəl Bakıda səfərdə olub və Azərbaycan Prezidenti, Xarici İşlər Naziri, eləcə də ATƏT-in Layihə Əlaqələndiricisi kollektivi ilə görüşüb. Biz inandırıcı izahat gözləyirik".
Aİ qərarın ötən il Bakının iştirakı ilə razılıq əsasında qəbul edilmiş ATƏT-in Bakı Layihə Əlaqələndiricisi mandatı ilə uzlaşmadığını bildirir.
Ötən həftə yerli mətbuatda Aİ Bakı ofisinin və Yunanıstan səfirliyinin “Azərbaycana qarşı işbirliyi etdiyi” yazılmışdı. Məlumatda deyilirdi ki, Aİ və onun Bakıdakı ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə və Azərbaycandakı səfirliklərinə müraciətlər edərək, onları l Avropa Oyunlarının açılış mərasimində iştirakdan çəkindirməyə çalışır.
“Düzdür, bəzi üzv dövlətlər özlərində ATƏT-in ofisinin olmadığı, qurumun müşahidə missiyasını ölkələrinə buraxmadığı, ATƏT-in tövsiyyələrinə əməl etmədiyi halda hesab edir ki, Azərbaycan 57 üzv ölkənin qərarını nəzərə alaraq, ofisin fəaliyyətini bərpa etməlidir. Bizim fikrimizcə isə bu yanaşma doğru deyil”, - APA agentliyində Bahar Muradovadan iqtibas gətirilir.
Bununla bağlı BBC Azərbaycancanın sorğusunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin səfiri Malena Mard cavablandırıb. O, mətbuatda yayılan xəbərləri təkzib edərək, Avropa Oyunları kimi idman tədbirlərində iştirak etməklə bağlı tövsiyyə verməyin Aİ Nümayəndəliyinin səlahiyyətlərinə daxil olmadığını bildirib.
Səfir Avropa İttifaqının Azərbaycanla münasibətlərinin qarşılıqlı və faydalı şəkildə dərinləşdirilməsinə və inkişaf etdirilməsinə ümid etdiyini deyib.
“Bu bizim bir neçə il ərzində Cənubi Qaz Dəhlizinin açılması ilə nəticələnməsinə ümid etdiymizi enerji sektorundakı uğurlu əməkdaşılığmıza aiddir. Bunun baş verməsi üçün Azərbaycan və Avropa şirkətləri çox önəmli sərmayələr qoyulub. Mobillik sahəsi əməkdaşlığımızın daha bir nümunəsidir. Viza Rejiminin Sadələşdirilməsi və Mobillik Tərəfdaşlığı hər iki istiqamətdə qısamüddətli səyahətlərin və qanuni miqrasiyanın təşviqini uğurla həyata keçirir".
Xanım Səfir deyib ki, Avropa İttifaqı hər tərəfin öz üzərinə götürdüyü öhdəliklərə böyük önəm verir. Bura müxtəlifliyin əsaslandığı insan hüquqları və fundamental azadlıqlar da daxildir.
"Mən Aİ-Azərbaycan əlaqələrinin daha da möhkəmləndirilməsi üçün azərbaycanlı həmkarlarım ilə intensiv dialoqların davam etməsini səbirsizliklə gözləyirəm”, o bildirib.
http://www.bbc.com/azeri/azerbaijan/2015/06/150610_europian_union

Комментариев нет:

Отправить комментарий