- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.12.2015

Avropa Şurası Nazirlər Kabineti İlqar Məmmədovla bağlı qərar verdi

İyunun 11-də Avropa Şurası Nazirlər Komitəsinin 1230 saylı toplantısı keçirilib. Toplantıda "İlqar Məmmədov Azərbaycana qarşı” məhkəmə işinin müzakirəsi aparılıb. Cumhuriyyet.org saytının məlumatına görə, toplantının protokolunda göstərilir: ""İlqar Məmmədov Azərbaycana qarşı" işi ilə bağlı 22 may 2014-cü ildə qərar qəbul olunub, 13 oktyabr 2014-cü ildə qərar qüvvəyə minib.
1.Müxalif siyasətçi olan ərizəçiyə qarşı tətbiq olunmuş cinayət prosedurlarının təməlini sarsıdan pozuntuların təsdiqləndiyini, xüsusilə 5-ci maddəylə bağlı 18-ci maddənin pozulduğunu, ərizəçinin bundan sonra hər hansı yubanmaya yol verilmədən azadlığa buraxılması və ona qarşı törədilmiş pozuntuların nəticələrini aradan qaldırmaq üçün gərəkən başqa zəruri tədbirlərin görülməsilə bağlı Komitənin Azərbaycanda səlahiyyətli hakimiyyət orqanlarına ünvanladığı təkidini xatırladaraq (bax CM/ResDH(2015)43) saylı aralıq qətnaməyə);
2.Həmin çağırışlara baxmayaraq, səlahiyyətli hakimiyyət orqanlarının ərizəçinin hələ də azadlığa buraxılmasına nail olmadığını və ya zəruri fərdi tədbirlərin görülməsində hər hansı irəliləyiş haqqında məlumat vermədiyini, xüsusən də ərizəçinin Ali Məhkəməyə verdiyi şikayətin baxılması qeyri-müəyyən müddətə ertələndiyini çox ciddi narahatlıqla qarşılayaraq;
3.Belə bir hal qarşısında, ərizəçinin dərhal azadlığa buraxılması üçün gərəkən bütün imkanlardan hər hansı yubanma olmadan istifadə etmək məqsədilə yenidən, bu dəfə Azərbaycanın ən yüksək dövlət hakimiyyət orqanlarına müraciət edərək;
4.Üstəlik, bundan sonra ittihamçıların və/və ya hakimlərin qanunvericiliyin tələblərini başqa məqsədlər üçün pozmaması, eləcə də təqsirsizlik prezumpsiyasının yeni hallarda pozulmaması üçün nəzərdə tutulan ümumi tədbirlər haqqında məlumat verməyin vacibliyini vurğulayaraq;
5.Bu işin baxılmasına 2015-ci ilin sentyabr ayında keçiriləcək 1236 saylı toplantıda qayıtmaq və əgər o vaxta qədər ərizəçi azadlığa buraxılmasa, daha ciddi tədbirlərin görülməsini müzakirəyə çıxarmaq qərarlaşdırıldı.
http://www.meydan.tv/az/site/news/6390/Avropa-%C5%9Euras%C4%B1-Nazirl%C9%99r-Kabineti-%C4%B0lqar-M%C9%99mm%C9%99dovla-ba%C4%9Fl%C4%B1-q%C9%99rar-verdi.htm

Комментариев нет:

Отправить комментарий