- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.12.2015

Bakıda Avropa Oyunları açılır

Avropa Oyunların rəsmi açılış mərasimindən əvvəl beynəlxalq yarışlara sinxron üzgüçülərin çıxışı ilə start verilib.
Su İdmanı Mərkəzində başlayan mübarizədə 20 duet iştirak edir.
Belarus təmsilçilərinin yarışlara qatılan ilk idmançı olduğunu bildirən APA agentliyi onlardan bir qədər sonra Azərbaycan komandasının üzvləri - Tatyana Nikitina və Yekaterina Valiulinanın çıxış edəcəyini yazır.

Azərbaycan idmançılarının ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri yarışacaq.
Böyük Britaniya 2008-ci il Pekin Olimpiadasından sonra Oyunlarda ən böyük idman nümayəndə heyətilə təmsil olunub.
Rio Olimpiadasına 17 ay qalmış Bakıdakı tədbir Britaniya Olimpiya komandasının Braziliyadakı oyunlara nə qədər hazır olduğunu göstərəcək. Avropa Oyunlarına 100 gün qalmış, BBC Sports ilk Avropa Oyunları barədə məlumat təqdim edir.

Avropa Oyunları nədir?

Avropa Oyunları Avropa Olimpiya Komitəsi tərəfindən təsis edilib və 2012-ci ildə Romada keçirilən Baş Assambleya iclasında ilk oyunun keçiriləcəyi yer seçilib.
İlk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb.
Söhbət çoxprofilli qitə idman yarışlarından gedir.
Asiyada qitə miqyaslı idman yarışları 1951-dən keçirilir.
Elə həmin ildən Pan-Amerika Oyunlarına da start verilmişdi.
Ümumilikdə, Azərbaycanda 12-28 iyunda keçiriləcək ilk Avropa Oyunlarında 50 Avropa ölkəsindən 6 000-ə yaxın idmançı yarışacaq.

Hansı idman növləri daxil edilib?

Bakıda, özündə 30 idman fənnini birləşdirən 20 idman növü üzrə yarışlar keçiriləcək.
Həmin idman növlərindən 16-ı Olimpiya proqramına daxildir, digər 4 idman növü - karate, 3x3 basketbol, çimərlik futbolu və sambo - bu format üçün yenilikdir.
Jüdo üzrə yarış Avropa Oyunlarında bu növ üzrə Avropa Birinciliyini əvəzləyəcək.
Jüdo üzrə Avropa Birinciliyi aprel ayında Glasgow şəhərində keçirilməli idi, lakin sponsorluq məsələsində mübahisə yarandığından Glasgow variantından imtina edildi.
Nəticədə Avropa Oyunları çərçivəsində Bakıda keçiriləcək jüdo yarışını eyni zamanda Avropa Birinciliyi də saymaq qərarına gəlindi.
Digər 15 idman növü siyahısına su idmanı, oxatma, yüngül atletika, badminton, voleybol, boks, kanoe, velosiped idmanı, qılıncoynatma, gimnastika, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon və güləş daxil edilib.

Sambo nədir?

Sambo silahsız hərbi döyüş sənətidir, keçmiş Sovet İttifaqında yaranıb.
Sambo sözü rus dilində "silahsız özünü-müdafiə" kəlməsinin qısadılmasıdır.
Bu idman növü Rusiyada 1920-ci illərdən Qızıl Orduda əsgərləri əlbəyaxa döyüşlərinə hazırlamaq məqsədilə inkişaf etdirilir.
İdman növü kimi sambo jüdo və güləşə yaxındır.
Rusiya, ənənəvi olaraq, bu idman növündə ən güclü ölkə sayılır.

Mükafatlar

Avropa Oyunlarında 253 medal uğunda mübarizə aparılmaqla yanaşı, 12 idman növündə Rio Olimpiadasına vəsiqə qazanmaq da mümkün olacaq.
İdman növlərindən bəzilərində - triatlon, atıcılıq və stolüstü tennisdə birbaşa vəsiqə almaq mümkün olacaq, digərlərində isə, o cümlədən, güləş, oxatma və taekvandoda kvalifikasiya xalları veriləcək.
Britaniyalı Jade Jones, taekvondo üzrə 2012-ci il olimpiya çempionu və Avropa Oyunları səfiridir.
Onun üçün Olimpiadaya kvalifikasiya xalları qazanmaq imkanı böyük stimuldur.
"Sentyabrda Dünya Birinciliyi mənim əsas hədəfimdir. Lakin Avropa Oyunları da mənim üçün mühüm hadisə olacaq. Gızıl medala görə 40 kvalifikasiya xalı veriləcək, bunun üçün mübarizə aparmağa dəyər", idmançı BBC Sport-a bildirib.

Britaniya yığmasını kim təmsil edəcək?

Britaniya Bakıya 160-170 idmançıdan ibarət yığma komanda göndərəcək - bu, 2008-ci il Pekin Olimpiadasından sonra xaricə yollanan ən çoxsaylı ölkə yığması olacaq.
Onlar karate də daxil 14 idman növündə, 21 idman fənni üzrə yarışlarda iştirak edəcəklər.
Britaniya heyətinin üzvləri aprelin 23-də elan olunacaq.
Gözlənildiyinə görə, yığmada Olimpiya çempionu boksçu Nicola Adams və London-2012 Olimpiadasının jüdo üzrə gümüş medalçısı Gemma Gibbons olacaqlar.
Yığmaya üzgüçülük və suya tullanma üzrə növlərdə perspektivli gənc idmançılar daxil ediləcək.
Eyni zamanda yığmada yüngül atletlər və velosipedçilər heç təmsil olunmayacaq.
Mark England, Bakı-2015 Oyunlarına yollanan İngiltərə milli yığmasının (Team GB) rəhbəri deyib: "Bakıda Olimpiya Oyunları kvalifikasiyası uğrunda mübarizə gedəcək. Bu səbəbdən iştirakçılar Olimpiya çempionları və iştirakçılarından daha yaxşı nəticə göstərməkdə maraqlı olacaqlar. Biz bütün idman növlərində birincilik uğrunda mübarizə aparmaq niyyətindəyik".

Azərbaycan: zəngin və ziddiyyətli ölkə

Xəzər dənizi sahillərində yerləşən Azərbaycan şimalda Rusiya, qərbdə Gürcüstan və Ermənistan, cənubda isə İranla qonşudur.
1991-cu ildə Sovet İttifaqından çıxandan sonra bu ölkə nefti və qazı hesabına varlanıb.
Yerli Təşkilat Komitəsi Oyunların infrastrukturuna milyardlarla pul xərcləyərək, o cümlədən, yeni 68 000 tamaşaçı tutumu olan idman stadionu, beynəlxalq standartlara cavab verıən su idmanı, gimnastika, velotrek və atıcılıq üzrə yarışların keçirilməsi üçün idman arenaları tikib.
Eyni zamanda Azərbaycan höküməti insan haqları sahəsində vəziyyətə görə tənqid edilməkdədir, dissindentləri susdurmaqda, seçkiləri saxtalaşdırmaqda və korrupsiyada ittiham olunur.
"Əlbəttə, biz bundan xəbərdarıq", cənab England bildirib.
O, davam edib: "Lakin missiyanın rəhbəri kimi mənim vəzifəm idmançıları ora aparmaq və nailiyyətlər əldə etmələri üçün mövcud mühitdə onlar üçün ən yaxşı şərait yaratmaqdan ibarətdir. Bakı Avropa Olimpiya Komitəsi tərəfindən seçilib. Biz digər 49 Avropa Olimpiya ölkəsilə yanaşı ora getmək imkanını dəstəkləyirik".
http://www.bbc.com/azeri/azerbaijan/2015/03/150305_baku_2015_european_games

Комментариев нет:

Отправить комментарий