- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.27.2015

Müdafiə Nazirliyi şəhid əsgəri təltif etdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gədəbəydə Ermənistan ordusunun təxribatının qarşısı alınarkən şəhid olmuş əsgəri təltif edib.

APA-nın Müdafiə Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu nazirin əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.


Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan intensiv atəşə tutmaqla, aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər.
Ermənistan ordusunun qarşısı alınarkən E. Fətəliyev şəhid olub.
http://www.meydan.tv/az/site/news/7113/M%C3%BCdafi%C9%99-Nazirliyi-%C5%9F%C9%99hid-%C9%99sg%C9%99ri-t%C9%99ltif-etdi.htm

Комментариев нет:

Отправить комментарий