- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.27.2015

Təmas xəttində münaqişə alovlana bilərmi?

Təmas xəttində yaxın gələcəkdə tammiqyaslı müharibə ehtimalı olduqca aşağıdır, Dağlıq Qarabağ tənzimləməsinə dair son beynəlxalq hesabatın müəlliflərindən biri BBC Azərbaycancaya bildirib.
Britaniyalı təhlilçi Laurence Broers hazırda qəfil eskalasiya riskinin daha böyük təhlükə təşkil etdiyini deyib.

"Bu hazırda yaşanan ən böyük riskdir. Keçən il olduğu kimi. Buna zəmin yaradan, bölgədə 40 minədək hərbçinin olmasıdır", o deyir.
"Azərbaycan-Ermənistan razılaşmasına nail olmaq: beynəlxalq və yerli təhlükəsizlik təminatçılarının rolu" hesabatının hazırlanmasında iştirak etmiş təhlilçi, təmas xəttində qeyri sabitliyin sülhə hədə olduğunu bildirir.

Vaxt kimin tərəfindədir?

"Hazırda diqqət idarəçilik və iqtisadi problemlərdən yayındırılır və münaqişəyə yönəldilir”, cənab Broers deyir.
Azərbaycan və Ermənistandakı sərt xətt tərəfdarları belə bir qənaətdədir ki, vaxt onların tərəfindədir, deyən britaniyalı təhlilçi bu təmayülün daha çox Bakıda nəzərə çarpdığını bildirir.
Broersin sözlərinə görə, neft bumu, nəhəng neft gəlirləri və “yenidən silahlanmanı” yaşayan Bakıda belə bir fikir mövcuddur ki, hazırda kompromisə gedib "cüzi nəticə" əldə etməkdənsə, gözləmək daha faydalı ola bilər.
Geopolitik vəziyyətdə dəyişmələri qeyd edən təhlilçi mümkün sülhməramlı əməliyyatda İranın iştirakı ehtimalını şərh edib.

Sülhməramlı qüvvələr və İran

“İranın iştirakından danışırıqsa, bu, sülhməramlı qüvvələrdə kiçik miqyaslı yer almaq bilər. Bunun üstünlüyü odur ki, İranın iştirakı təqdirində sülhməramlı missiyada bütün iri regional qüvvələr təmsil olunmaq istəyəcəklər”, təhlilçi BBC Azərbaycancaya deyib.
Cənab Broersin sözlərinə görə, İranın iştirakı üçün Bakı və Tehranın münasibətləri kifayət qədər yaxşı səviyyədə olmalıdır.
Hərçənd ki, təhlilçi sülhməramlı missiyaya dair ümumi razılığın mövcud olduğunu desə də, məsələnin mübahisəli qaldığını bildirib.
"Qarabağ Təmas Qrupunun hesabatında göstərilən sülhməramlı qüvvələrin mandatı, yerləşdirmə yeri, müddəti və tərkibi barədə tərəflər arasında təməl fikir ayrılığı var".
"Azərbaycan-Ermənistan razılaşmasına nail olmaq: beynəlxalq və yerli təhlükəsizlik təminatçılarının rolu" hesabatı Qarabağ Təmas Qrupu ( Karabakh Contact Group – KCG ) çərçivəsində münaqişə tənzimlənməsinə həsr olunan müzakirələrə əsaslanır.
Londonda mənzillənən Conciliation Resources qrupunun himayəsilə keçirilən görüşlər 2010-cü ildən bəri təşkil olunur.
http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150724_karabakh_broers_analysis

Комментариев нет:

Отправить комментарий