- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

8.24.2015

Müdafiə Nazirliyi: 3 hərbi qulluqçu qəlpə yarası alıb

Əldə olunan məlumata əsasən erməni tərəfin 5 nəfər hərbi qulluqçusu öldürülüb və 8 nəfər yaralanıb
Avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.


APA-nın Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək, komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib.
Əldə olunan məlumata əsasən erməni tərəfin 5 nəfər hərbi qulluqçusu öldürülüb və 8 nəfər yaralanıb. Qısamüddətli şiddətli atəşdən sonra qarşı tərəfin meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Erməni tərəfin atəşi nəticəsində 3 hərbi qulluqçu yüngül qəlpə yarası alıb. Təxirəsalınmaz ilkin tibbi yardımdan sonra hərbi qulluqçulara daha yüksək ixtissaslı yardım göstərilməsi məqsədilə onlar hərbi tibb müəssisəsinə çatdırılıb. Həkimlərin sözlərinə görə, yüngül qəlpə yarası almış hərbi qulluqçuların vəziyyəti qənaətbəxşdir, onların həyatı üçün heç bir təhlükə yoxdur. Göstərilən tibbi yardımdan sonra hərbi qulluqçular hərbi hissəyə qaytarılıblar.
 http://www.meydan.tv/az/site/news/7679/M%C3%BCdafi%C9%99-Nazirliyi-3-h%C9%99rbi-qulluq%C3%A7u-q%C9%99lp%C9%99-yaras%C4%B1-al%C4%B1b.htm

Комментариев нет:

Отправить комментарий