- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

9.04.2015

Atəşkəs pozulması: Tovuzda "iki nəfər yaralanıb"

Ermənistan və Azərbaycan arasındakı cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Tovuzda iki nəfər yaralanıb, evlər ziyan görüb, sakinlər deyir.
Yaralılar, 87 yaşlı İsa Musayev və onun həyat yoldaşı 83 yaşlı Sehran Musayeva qəlpə yaraları alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onların vəziyyətləri "orta ağır"dır, APA yazır.
"Atışma 9-10 radələrində başladı, gecə 2-nin yarısına qədər davam elədi. Evlərdən biri elə mənimkidir, Güllə tavanı dağıdıb içəri keçərək qarşı divardakı şüşəni, divarları dağıdıb", Çingiz adlı sakin BBC Azərbaycancaya deyib.

Cümə axşamına keçən gecə də atəşkəsin pozulması nəticəsində Əlibəyli kəndi zərər görüb. Ötən gün bir nəfər yaralanıb və iki ev yanıb.

"Çaş-baş qalmışıq"

Yaşayış məntəqəsində 150-ə yaxın evin dam örtüyü güllərdən "yararsız hala düşüb".
Sakinlərin sözlərinə görə, atəşkəs zamanı top və minaatanlardan istifadə edilib.
"Sakinlər neyləsinlər, gedirik, atışmadan sonra yenə qayıdırıq, qalmışıq çaş-baş, uşaqlar qorxur, kənd camaatı başqa yerə getmək istəyirlər artıq, insan yatanda düşünür ki, yatsam nə olacaq olmayacaq?", Çingiz əlavə edir.
Cəbhə xəttindən 300-400 km uzaqlıqda yerləşən Əlibəyli kəndində yüzlərlə ailə yaşayır.
Müdafiə Nazirliyi bildirib ki, ötən gün Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 136 dəfə "pozub", Azərbaycan isə 180 dəfə "cavab verib".
Ermənistanla Azərbaycan arasında 20 ildən çoxdur ki, beynəlxalq birliklər tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ uğrunda münaqişə davam edir.
http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150904_tovuz_injures

Комментариев нет:

Отправить комментарий