- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

12.11.2014

Azərbaycan və Rusiya arasında bəzi qatar xidmətləri dayandırılır

Məlumata görə, Rostov-Bakı, Tümen-Bakı və Moskva-Bakı qatarları "iqtisadi cəhətdən səmərəli olmadığına görə" Rusiya Dəmir Yolları bu reysləri daha həyata keçirməyəcək.
Rostov-Bakı dekabrın 16-dan, Tümen-Bakı dekabrın 18-dən, Moskva-Bakı reysi isə dekabrın 18-dən dayandırılır.
Tümen-Bakı sərnişin qatarının əvəzinə dekabrın 14-dən Tümen-Mahaçqala qatarı təyin olunacaq və biletlər Bakıda alına biləcək, Azərbaycan Dəmir Yolları (ADY) məlumat verir.
Buna baxmayaraq ADY-a məxsus Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri hərəkətdə olacaq, məlumatda deyilir.

Rusiya Azərbaycandan başqa, Qazaxıstan və digər ölkələrə də qatar nəqliyyatının dayandırdığını elan edib.
"Səbəbə inanmıram"
Xəbəri şərh edən BBC Azərbaycanca oxucuları planlarla bağlı müxtəlif fikirlər bildiriblər.
http://ichef.bbci.co.uk/news/ws/625/amz/worldservice/live/assets/images/2014/12/08/141208164916_rza_tweet.jpg
Moskva-Bakı qatarı ilə tez-tez səfər etdiyini bildirən Emil Mammadov isə deyir ki, bunu etməyə "dəyməz": "Biletlərin qiyməti elə avia biletlər kimidir. Vaqonlarda iyrənc qoxular, tozlu ədiyallar, şəraitsiz bir nəqliyyat qısa desək. Dağistanda başlayan yoxlamalar isə insanı bezdirir. Amma qəzəbli sərhədçilər rüşvət alandan sonra qat qat yumşalırlar", o deyir. "Başqa sözlə desək Azərbaycanda digər sahələr kimi dəmir yolları da çöküb".
Twitterdə @bbcazeri ünvanına yazan Rza Huseynov səbəbin iqtisadi olduğuna inanmadığını deyir. "Bacım Rusiyada yaşayır və hər dəfə bilet tapmaqda problem çəkir", o yazıb.
"Belə getsə dayandırılacaq, çünki burdada biletdə problem var", Facebook istifadəçisi Narmin Ahmedova yazıb. "Mənə ilə gəlirki buda bövbəti bir təzyiqdi ki Azərbaycan məcbur qalsın Rusiyayla birləşsin".


http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/12/141208_azerbaijan_russia_trains

Комментариев нет:

Отправить комментарий