- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

12.29.2014

Əvəz Həsənov: “2015-ci ildə qrant layihələrində hökumətə loyal QHT-lər iştirak edə biləcək”

Avropa Şurası və Aİ-nin Komissiyası altı “Şərq tərəfdaşlığı” ölkəsində insan hüquqlarının, demokratiya və qanunun aliliyinin inkişaf etdirilməsinə yardıma yönəldilmiş əməkdaşlıq haqqında yeni saziş imzalayıblar.  Məlumatda deyilir ki, saziş 2015-2017-ci illərdə “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada birgə proqramların maliyyələşdirilməsinə 33,8 mln. avro ayrılmasını nəzərdə tutur. Azərbaycanda QHT-lər haqqında qanunlara düzəlişlərin qəbulundan sonra, QHT-lərin bu layihələrdə iştirak etməsi demək olar ki, qeyri-mümkün olub.


Avropa Birliyinin Azərbaycandakı ofisi donor kimi qeydiyyatdan keçmək proseduruna başlayacağını deyən hüquq müdafiəçisi Əvəz Həsənov Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, AB üçün donor kimi qeydiyyatdan keçmə prosesi çox da çətin olmayacaq: “Prosedur başa çatdıqda sonra QHT-lərin o ayrılan qrant layihələrində iştirakında ciddi çətinliyi olmayacaq. Amma burada əsas məsələ o qrantaların alınması deyil. Əsas məsələ o layihələrdən kimlərin bəhrələnməsidir. Bu çox ciddi məsələdir. AB-nin keçmiş həmkraları olan  təşkilatların çoxu ya ölkə xaricindədir, ya onların haqqında cinayət işi var, ya da onların bank hesabları dondurulub. Bu cür problemlər həll olunmamış o layihələrdə iştirak edəcəyini demək çox çətindir. Düşünürəm ki, hökumətə daha loyal təşkilatlar o layihələri ala biləcək. Müstəqil QHT-lərin fəaliyyətlərində yaranan ən önəmli problem maliyyə məsələsi ilə bağlıdır.”

http://deyerler.org/235101-zhvjz-hjsjnov-v2015-ci-ildj-qrant-layihjljrindj-hgkumjtj-loyal-qht-ljr-ietirak-edj-biljcjkv.html


Комментариев нет:

Отправить комментарий