- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

12.11.2014

Nardaran sakinləri qazsızlıqdan şikayətçidir

Kənd ağsaqqalı Natiq Kərimov BBC Azərbaycancaya deyib ki, dekabrın 6-da elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz ediblər. Amma hazırda kənddə təbii qazın olmadığı iddia olunur.
“Qaz trubaları çəkilib və sayğaclar qoyulub. Sayğaca müdaxilə olunduğunu deyirlər, ya da bəhanə gətirirlər ki, qazın təzyiqi yoxdur. Qış gəlib, amma biz evimizi isidə bilmirik”, kənd ağsaqqalı Natiq Kərimov BBC Azərbaycancaya deyir.
BBC Azərbaycancanın Sabunçu Rayon Qaz İstismar İdarəsindən şərh almaq cəhdləri baş tutmayıb.

İşığa görə külli miqdarda borc?
Kərimovun sözlərinə görə, noyabrın sonundan kəndə işıq fasilələrlə verilir.
“Srağagün biz İmam Hüseyn meydanında mitinq keçirdik. Borcumuz olduğuna görə işığı fasilələrlə verirlər, gündə 7 saat. Etiraz etdikdən sonra iki gündür işığı fasiləsiz verirlər”, o bildirib.
Kənd ağsaqqalının sözlərinə görə, elektrik enerjisinin sərfiyyatına görə borcun yığılmasına səbəb təbii qazın olmamasıdır.
“Tələblərimiz eşidildi, hakimiyyət strukturları səsimizi eşitdi. İşığa olan borcumuzu hissə-hissə ödəyəcəyik. Camaata da dedik ki, lüzumsuz işıqdan istifadə etməsinlər. Həmişə borcumuzu belə ödəmişik, indi birdən bu problem yaranıb”, o qeyd edib.
İşsizlik
Kərimovun sözlərinə görə, kənd camaatı dekabrın 16-dək təbii qaz təminatı ilə bağlı problemi həll olunmayacağı halda etiraz mitinqi keçiriəcək.
“Kəndimizdə bircə təmir briqadası var, onlar da işi Novruz bayramına qədər bitirəcəklərini deyirlər. Amma əgər tələblərimiz yerinə yetirilməsə, qaz borularını kəsəcəyik və sayğacı çıxaracağıq”, kənd ağsaqqalı əlavə edib.
Kəndin sosial problemlərinin olduğunu deyən cənab Kərimov gənclərin işsizliyindən şikayətçidir.
“Biz bilirik ki, bu problemlər bir günün içində həll olunan məsələlər deyil. Hakimiyyətin də adamları iki gün əvvəlki mitinqdə çəkiliş aparırdılar. Biz güzəşt istəyirik, çünki gənclərin işi yoxdur. İstixana saxlayırıq, amma işıq və qaz fasiləsiz olmadığına görə məhsullar xarab olur”, kənd ağsaqqalı söyləyib.
BBC Azərbaycanca Sabunçu Rayon Enerji Satışı və Təchizatı İdarəsindən məsələ ilə bağlı şərh ala bilməyib.

http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/12/141210_nardaran_protests


Комментариев нет:

Отправить комментарий