Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün
keçirdiyi mətbuat konfransında 5015 seçki məntəqəsi üzrə keçirilən seçkilərdə
1607 bələdiyyənin formalaşdığını və 15035 lider namizədin müəyyənləşdiyini
açıqlayıb
Azərbaycanda keçirilən
sayca dördüncü bələdiyyə seçkiləninin ilkin nəticələri açıqlanıb.
Mərkəzi Seçki
Komissiyasının sədri Məzahir Pəhanov çərşənbə günü keçirdiyi mətbuat
konfransında 118 seçki dairəsindən 5015 seçki məntəqəsinin hamısından
protokolların daxil olduğunu bildirib.
Onun sözlərinə görə,
ölkə üzrə 1607 bələdiyyənin hamısı formalaşıb, 15035 lider namizəd müəyyənləşib.
Cəmiyyətdə seçkilərə
ciddi maraq olduğunu bildirən komissiya sədri seçici fəallığının 38,9 faiz və
ötən dəfəki seçkilərdən 6-7 faiz artıq olduğunu qeyd edob.
Komissiyanın
hesablamalarına görə, 1 milyon 876 min 14 nəfər ümumilikdə səsvermədə iştirak
edib.
Pənahov seçkilərin baş
tutduğunu və MKS-ya hər hansı rəsmi müraciətin daxil olmadığını deyib.
“Müəyyən sosial şəbəkələrdə
yayılan kadrlar bizim tərəfimizdən araşdırılacaqdır. Nəticələr elan edildikdən
sonra 20 gün ərzində müraciətlər olacaqsa, onlar da araşdıracağıq. Bu il
müşahidəçilər və kütləvi informasiya vasitələri ilə bağlı hansısa xoşagəlməz
halların baş verməsi demək olar ki, yox səviyyəsindədir”, komissiya sədri qeyd
edib.
Yerli medianın məlumatına
görə, seçki məntəqələri bağlanandan sonra gecəyarısı MSK sədri keçirdiyi mətbuat
konfransında yerli saytlarda yayılmış videolarda qanun pozuntularının göstərilməsi
ilə bağlı (Nailə–bura link qoyun dünənki yazını)videonu şərh edərkən deyib ki,
hadisəni “dramatikləşdirməyə ehtiyav yoxdur”.
“Bu cür xoşagəlməz hallardan heç kim
sığortalanmayıb, bunu qeyri-adi məlumat kimi ictimaiyyətə təqdim etmək düzgün
deyil. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyasının vəzifəsi odur
ki, belə xoşagəlməz halı araşdırsın və seçkinin nəticələrinə necə təsir
etməsindən asılı olaraq qərar qəbul etsin. Hesab edirəm ki, biz məntəqə seçki
komissiyalarının üzvlərini kifayət qədər təlimatlandırmışıq ki, özlərini
aqressiv aparmasınlar”, APA Pənahovdan sitata gətirir.
YAP üzvləri 60%-dən
çox səs toplayıb
Seçki məntəqələri bağlanandan sonra
hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi, baş nazirinin müavini Əli
Əhmədov keçirdiyi mətbuat konfransında bələdiyyə seçkilərində namizədliyini
irəli sürmüş partiya üzvlərinin ilkin olaraq 60 faizindən çox səs topladığını
açıqlayıb.
“Budəfəki bələdiyyə seçkilərinin
daha bir özəlliyi də odur ki, əvvəlki bələdiyyə seçkilərində digər partiyaların
iştirakı nadir hal sayılırdısa bu dəfə 8 siyasi partiya iştirak edib”, Əhmədov
bildirib.
Onun sözlərinə görə, hakim partiya
seçkilərdə qadınların və gənclərin sayının çox olmasına üstünlük verib. Bu da
partiyanın təbliğat təşviqat kampaniyasında yüksək formada iştirakından irəli
gəlir.
“Bələdiyyələrin tərkibində
qadınların sayı 29 faizə qədər, gənclərin sayı isə 24 faizə qədər çoxalıb. Bu
ildə də gənclər və qadınların sayının artmasına xüsusi diqqət verdik,
namizədləri seçərkən bu məqam nəzərə alındı. Ona görə də bu seçkilərin
nəticələrində daha çox qadınların və gənclərin mandat alacağına inanırıq”, baş
nazir müavini qeyd edib.
Seçkilərə partiya şəklində
qatılmayan, amma gün boyu məntəqələrdə müşahidə aparan üzvlərinin məlumatlarına
əsasən Müsavat Partiyası bələdiyyə seçkiləri haqda yekun hesabatla çıxış edib.
Müsavat Partiyası:
nəticələr ləğv edilsin
Partiyadan BBC Azərbaycancaya daxil
olan hesabatda seçkilərin bir siyasi qüvvənin “hegemonluğu altında,
qeyri-demokratik şəraitdə” keçirildiyi bildirilib.
“Azad və ədalətli seçkilərin
keçirilməsi üçün demokratik qanunvericilik bazası olmayıb, bərabərhüquqlu
təbliğat imkanları təmin edilməyib, seçki kampaniyası dövründə və seçki günü
saysız-hesabsız saxtakarlıqlara və çox saylı qanun pozuntularına yol verilib.
Ölkə üzrə bütün şəhər və kənd bələdiyyələrinə seçkilər, namizədlərin qeydə
alınması, təbliğat-təşviqat dövrü və seçki günü səsvermə prosesi icra
strukturlarının total nəzarəti altında keçirilib”, partiyanın yaydığı hesabatda
qeyd olunur
Müşahidəçilərə seçkiləri sərbəst
müşahidəsinə “imkan verilmədiyi və məntəqədən zorla çıxarıldığı” iddia olunan
yekun hesabatda əksər seçki dairə və məntəqələrində müşahidəçilərin “zorla
çıxarıldığı” bildirilib.
Müsavat Partiyası hesabatın sonunda
bələdiyyə seçkilənin nəticələrinin ləğv edilməsini və demokratik seçkilərin
keçirilməsi üçün tam şəraitin yaradılmasını tələb etdiyi söylənilir.
1607 bələdiyyə üzrə 15 min 35
bələdiyyə üzvlüyünə seçkilərdə 37 min 77 nəfərin namizədliyini irəli sürüb.
MSK-nın məlumatına görə, seçicilərin
sayı 4 milyon 819 min 382 nəfərdir. 30 siyasi partiyanın təmsilçilərinin
iştirak etdiyi seçkilərdə 13 min 907 nəfərin 8 siyasi partiya tərəfindən, 23
min 61 nəfərin fərdi olaraq, 109 nəfərin isə namizədliyi təşəbbüs qrupu
tərəfindən irəli sürüldüyü açıqlanıb.
Bir yer uğrunda 2, 5 nəfər namizədin
mübarizə apardığı seçkilərdə namizədlərin 18 min 284 nəfəri bitərəfdir.
Seçkiləri müşahidə etmək üçün 50
mindən çox şəxs qeydiyyatdan keçib ki, onların da 26 mini siyasi partiya
təmsilçisidir. Seçkiləri onlayn izləmək üçün min məntəqədə veb kameralar
quraşdırılıb və bu ümumilikdə seçki məntəqələrinin 20 faizini əhatə edib.
http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/12/141224_azerbaijan_local_elections_update
Комментариев нет:
Отправить комментарий