- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

4.24.2015

Beynəlxalq təşkilatlar İntiqam Əliyevin azad olunmasını tələb edirlər

Aprelin 22-də Bakı ağır Cinayətlər məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevə hökm oxundu. O, 3 il dövlət və bələdiyyə qurumlarında rəhbər vəzifə tutmaq haqqından məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. O, 2014-cü il avqustun 8-də həbs olunub və vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunurdu.
Bu qərar beynəlxalq təşkilatlar tərəfindən pisləndi. Amnesty İnternational bu qərarın hakimiyyətin Avropa Oyunları ərəfəsində bütün tənqidçilərini susdurmaq cəhdi olduğunu bildirib.

“İntiqam Əliyev Azərbaycan hakimiyyətinin 2 aydan sonra baş tutacaq ən böyük Avropa idman tədbirini keçirmək üçün ölkənin bütün problemlərini xalça altına süpürmək kimi bir kampaniyanın sonuncu qurbanıdır. Burda bir mesaj var: Öklə problemlərini dünyaya çatdırsan, cəzalanacaqsan”, bu sözləri Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivosheev deyib.
D. Krivosheev İ. Əliyevin dərhal azad edilməsini tələb edərək, “İntiqam Əliyevin etdiyi yeganə “cinayət” öz vətəndaşlarının hüquqlarını qorumaq olub”, deyib.
İnsan Hüquqları Evi Şəbəkəsi-nin (Human Rights House Network) üzvləri və Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi (South Caucasus Network of Human Rights Defenders) İntiqam Əliyevin azadlıqdan məhrum edilməsindən dolayı narahatlıqlarını bildirmək və onun azad olunmasına çağırış üçün ölkə prezidenti İlham Əliyevə məktub ünvanlayıblar.
“Bu dəhşətli haldır. Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə ötən il başlayan misli görülməmiş təzyiqləri sürətləndirdi. İntiqam həbs olunandan bəri biz bu addımın onun hüquq müdafiəçisi və beynəlxalq dərəcəli vəkillik fəaliyyətinə qarşı yönəlmiş siyasi addım olduğunu bilirdik. Buna baxmayaraq bu həbs cəzası bizin düşündüyümüzdən daha da insafsızcadır. Bu bəlkə də dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə qarşı yalnız narahatlıq bəyənatları ilə çıxış etmək deyil, tədbir görməyə başlaması üçün son hadisə olmalıdır”, İnsan Hüquqları Evi Fondunun icraçı direktoru Maria Dahle deyir.
Beynəlxalq İnsan Haqları Federasiyası (Federation for Human Rights(FIDH)) və Ümumdünya İşgəncələrə qarşı Təşkilatın (World Organisation Against Torture (OMCT)) birgə proqramı Hüquq Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası bu halı qətiyyətlə pisləyir və İ. əliyevin dərhal və şərtsiz azad olunmasını tələb edir.
OMCT-in baş katibi, Gerald Staberock hakimiyyəti Avropa Oyunları başlamamış İntiqam Əliyevi və digər məqsədyönlü şəkildə həbs olunmuş Rəsul Cəfərovu, Leyla Yunusu, Arif Yunusu, Xədicə İsmayılovanı, Anar Məmmədlini, Hilal Məmmədovu və Rauf Mirqədirovu dərhal azad etməyə və ölkədə hüquq müdafiəçilərinə qarşı təzyiqləri dayandırmağa çağırır.
Human Rights Watch Əliyevin həbsini siyasi motivli sayaraq onun azad edilməsini tələb edir.
Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia “bu gün Azərbaycanda hüquq və azadlıqlar üçün faciəvi gündür” deyib. “İntiqam Əliyev İnsan haqları məhkəməsində Azərbaycandan olan qabaqcıl idi. Bu hal o deməkdir ki, Azərbaycanda hüquq pozuntusunun qurbanları ən güclü vəkillərdən birini itirdilər”, Gogia bildirib.
http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/04/150423_intigam_aliyev_amnesty_international

Комментариев нет:

Отправить комментарий