- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

4.24.2015

Türkiyə: Gelibolu-da Çanaqqala döyüşünün 100 illiyi qeyd olunur

Türkiyəyə gələn dünya liderləri Birinci Dünya Müharibəsinin ən qanlı hərbi döyüşündə həlak olmuşların xatirəsini yad edirlər.
1915-ci ildə Türkiyənin qərbindəki yarımadada başlayan kampaniyada 141 hərbçi həlak olmuşdu. Onlardan 55 min nəfəri müttəfiq qüvvələrin əsgəri olub. Döyüşlərdə türk qüvvələrinin itkiləri 86 min nəfər təşkil edib.
Anım tədbirlərində iştirak edənlər arasında Britaniya, Fransa, Avstraliya, Yeni Zelandiya və Türkiyə nümayəndələri var. Bundan başqa mərasimlərə ölənlərin yaxın və qohumları, ictimaiyyət nümayəndələri qatılacaqlar.

Eyni zamanda Fransanın döyüşlərdə iştirakını qeyd edən mərasim də keçiriləcək.
Mərasimlərdə müttəfiq qoşunların 1915-ci ilin aprel ayında Birinci Dünya Müharibəsi kampaniyası üçün o zamankı Osmanlı İmperiyasının bir hissəsi olan Gelibolu yarımadasına gəldiyi gün qeyd olunacaq.
O zaman müttəfiq qoşunların adanı işğalı uğursuz oldu, onlar bir neçə kilometrdən artıq irəliləyə bilmədilər.
Qanlı qarşıdurma 1916-cı ilin yanvarınadək davam etdi və müttəfiq qoşunlar adanı tərk etməli oldular.
Gelibolu və ya Qalipoli nə deməkdir?
1915-16-cı illərdə:
350 min Britaniya hərbçisindən 35 mini həlak olub
79 min Fransa hərbçisindən 10 mini həlak olub
74 min Avstraliya-Yeni Zelandiya (ANZAC) hərbçisindən 10 mini həlak olub
400 min Türkiyə hərbçisindən 86 mini həlak olub
Mənbə: Professor Carl Bridge, King’s College London
• Uğursuz dəniz hücumundan sonra Müttəfiqlər qurudan, Qalipoli yarımadasından keçərək Konstantinopolu (İstanbul) zəbt etmək istəyiblər • Əməliyyatda Britaniya, Fransa və onların Avstraliya, Yeni Zelandiya, Hindistan və Hyufaundlend də daxil dominionlarının qoşunları iştirak edirdilər • Bu qoşunlar əməliyyatdan əl çəkənədək top və snayper atəşlərinə, qarın yatalağına məruz qalıblar • Müttəfiqlərin 55 min əsgəri heç bir uğur əldə etmədən həlak olub, hərçənd Türkiyə Ordusunun səkkiz ay müddətində əli-qolu bağlanıb • 86 min türk hərbçisi həlak olub. Komandan Mustafa Kamal sağ qalıb və sonradan müasir Türkiyənin əsasını qoyub
Burada Türkiyə tərəfindən bu tarixə həsr olunmuş beynəlxalq mərasim keçiriləcək. Fransanın döyüşdəki iştirakı da mərasimlə qeyd olunacaq.
Bu mərasimdə Birinci Dünya Müharibəsində Müttəfiqlərin müasir Türkiyə, o vaxt, 1915-ci ilin aprelində isə Osmanlı imperiyasının ərazisi olan Gelibolu yarımadasına desant çıxarması əməliyyatı yad ediləcək.
Müdaxilə uğursuzluğa düçar olub və Müttəfiq qoşunlar quru üzərində bir-iki kilometr belə irəliləyə bilməyiblər.
Qanlı qarşıdurma 8 ay sonra, 1916-cı ilin yanvarında Müttəfiq qoşunların yarımadanı tərk etməsi ilə başa çatıb.
Döyüşün baş verdiyi yer
Mark Lowen, BBC News, Gelibolu
Böyük Müharibənin ən rüsvayçı hərbi kampaniyasının – Müttəfiqlərin Qalipoli yarımadasına tam iflasla başa çatmış hücumunun yad edilməsi üçün qəbir abidələri təmizlənib, veteranlar cərgəyə düzülüb və turistlər gəliblər.
Yadetmə mərasimləri qəbristanlıqlarda və 1915-ci ildə desant çıxarılan yerdə keçiriləcək.
Şahzadələr Charles və Harry mərasimdə Britaniya Birliyini təmsil edirlər. Bu mərasimə Avstraliya və Yeni Zelandiyanın baş nazirləri də daxil olmaqla 20-dək dünya lideri qatılıb.
Avstraliya və Yeni Zelandiya üçün Qalipoli onların müasir tarixinin ən mühüm hadisəsi olaraq qalır: bu, Avstraliya və Yeni Zelandiyanın müstəqil ölkələr kimi, qısaca ANZAC adlanan qoşunlarının böyük hərbi əməliyyatda ilk iştirakı hadisəsidir.
Onların bir ölkə kimi milli ruhu Qalipoli sahillərində doğulub.
Bu döyüşdə milli şüuru təşəkkül tapmış daha bir ölkə Türkiyədir. Qalipolidə Türkiyənin parlaq komandanı, sonlarlar Atatürk kimi tanınan Mustafa Kemal Atatürk səhnəyə çıxıb və Osmanlı imperiyasının külü üzərində müasir Türkiyənin banisinə çevrilib. Tədbir şənbə günü - ANZAC günü mərasiminin keçirilməsi ilə davam edəcək. Bu gün Avstraliya və Yeni Zelandiyada geniş qeyd olunur.
Bu yüzillik Qalipoli döyüşünün indiyədək keçirilmiş ən böyük yadetmə mərasimi olacaq. Mərasimə Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Avstraliya və Yeni Zelandiyanın baş nazirləri Tony Abbott və John Key, habelə şahzadə Charles başçılıq edəcəklər. Qalipolidə döyüşmüş və həlak olmuş əsgərlərin törəmələri də daxil olmaqla, minlərlə türkün, avstraliyalı və Yeni Zelandiyalının mərasim üçün buraya toplaşacaqları gözlənilir.
Bu döyüşdən sağ çıxmış veteranların heç biri bu gün həyatda yoxdur.
Londonda Kraliça və Qalipoli Assosiasiyasının başçısı sayılan Edinburq hersoqu və şahzadə William vəzifəli hökumət üzvləri və hərbi xadimlərlə birlikdə Uaytholdakı Kenotaf (naməlum əsgərin məzarı) üzərinə əklil qoyacaqlar.
Avstraliya və Yeni Zelandiya ANZAC gününü niyə yad edirlər?
• Qalipoli Avstraliya və Yeni Zelandiyanın müstəqil ölkələr kimi ilk hərbi əməliyyatı olub • Onlar Almaniyanın müttəfiqi Türkiyəni Birinci Dünya Müharibəsindən vurub çıxarmaq üçün Müttəfiqlərə qoşulublar • Lakin ANZAC qüvvələri bu döyüşdə heç iki kilometr də irəliləyə bilməyiblər • ANZAC qoşunlarından 10 min əsgər həlak olub, daha 23 min nəfər yaralanıb. Bu itkilərin yenicə cücərən iki ölkənin kişi əhalisi üzərinə böyük mənfi təsiri olub.
http://www.bbc.co.uk/azeri/region/2015/04/150424_gallipoli_anno

Комментариев нет:

Отправить комментарий