ABŞ-Rusiya
qarşıdurmasının şiddətlənməsi region ölkələrinə də təsir edir və post-sovet
regionunda yeni siyasi situasiya yaradır.
Rusiyanın Qərblə aqressiv qarşıdurma vəziyyəti heç
şübhəsiz ki, region ölkələrini, xüsusən də keçmiş sovet respublikalarını təsirləndirir.
Ukraynada baş verənlər göstərdi ki, əslində Rusiya - ABŞ (Qərb)
savaşının əsas meydanı post-sovet respublikalarıdır və biz böyük bir davanın
içindəyik.
Hal-hazırda ciddi ekspertlər regionun bir sıra ölkələrinin
Vaşinqton-Moskva qarşıdurması ilə əlaqədar böyük risk daşıdığını və hətta işğal
təhlükəsi altında olduğunu qeyd edirlər. Ancaq ümumilikdə yeni"soyuq müharibə” bütün
dünyada, ələlxüsus da region ölkələrində ciddi təsir yaradıb. Nəzərə alsaq ki,
hazırda hər keçən gün bu qarşıdurma daha da dərinləşir, o zaman sual yaranır,
qarşıda daha hansı proseslər olacaq? Bizimçünsə təbii ki, ilk növbədə Azərbaycanla
bağlı nüanslar daha maraqlıdır.
Getdikcə daha da kəskinləşən
Rusiya-Amerika qarşıdurması Azərbaycana necə təsir edəcək? Bu vəziyyət ölkə
daxilində cərəyan edən ictimai-siyasi proseslərdə, münasibətlər sistemində
hansı izləri qoyacaq?
Siyasi şərhçi, Yeni Türkiyə Araşdırmaları Mərkəzinin
eksperti Orxan Qafarlı deyir ki, istənilən halda bu gərginlik Qafqaza, xüsusən
də Azərbaycana təsir göstərəcək:
"ABŞ-Rusiya
münasibətlərində gərginlik, Cənubi Qafqaza hər zaman ən çılpaq formada təsiri
göstərib. Nədən çılpaq, çünki bu regionda hər üç ölkə tam fərqli istiqamətlərdə
xarici siyasətlərini qurublar. Azərbaycan balanslı xarici siyasət kursunu davam
etdirdiyi halda, Gürcüstan AB və NATO-ya inteqrasiya xəttində qalır. Ermənistan
isə tamamən Rusiyaya indiki halda təslim olub. Dolayısı ilə Qərbə nisbətdə
Rusiya region ilə daha dərin bağlara malik olsa da, Cənubi Qafqazı təsir altına
alma mübarizəsi hələ tam bitməmişdir”.
O. Qafarlının
fikrincə, məhz bu səbəbdən Vaşinqtonla Moskva arasında yaranan hər hansı bir gərginlik
çox tezliklə öz təsirini Azərbaycanda göstərir: "Çünki Azərbaycanın
Gürcüstan və Ermənistandan fərqi odur ki, birtərəfli inteqrasiya xətti yoxdur. Yəni Azərbaycan üzərində zəfər qazanan ölkə
regionda hesabları 2:1 etmiş olacaq. Ya Rusiya və ya ABŞ xeyrinə. Bunun üçün Azərbaycan
daxili siyasətində qarışıq durumun olması, lider axtarışları və ya xilaskar
lider axtarışları davam edir. Zamanında "milyarderlər ittifaqı” və ya qərb
yönlü qrupların mübarizələrini görə bilirdik”.
Ekspertin fikrincə, qlobal siyasətdə iqtisadi cəhətdən
zəifləyən, Qərblə ayaqlaşa bilməyən Rusiya təbliğat və siyasi təzyiq yolu ilə
region ölkələrində təsirini qoruyub saxlamağa çalışır: "Son zamanlar Rusiya ABŞ tərəfindən
yalnızlaşdırılamamsı üçün post-sovet ölkələrində özünə yaxın qruplar
axtarışındadır. Yeni liderlər meydana çıxarmağa çalışırlar. Rusiya bu istiqamətdə
öz mövqeyini daha da gücləndirmək və post-sovet respublikaların ictimai rəyində
öz təsirini qorumaq üçün yeni media orqanları qurur. Son bir necə ildə Rusiya həm
dünya ictimai rəyinə və post-sovet ölkələrində ictimai rəyə təsir etmək üçün
KİV siyasətində çox ciddi islahatlar aparıb. "Russian ToDay”
(RT), "Sputnik” kimi yeni və daha keyfiyyətli KİV-lər qurulub.
"Sputnik” bir radio və xəbər saytı olaraq demək olar bütün post sovet ölkələrinin
dillərində yayımlanır. Rusiya artıq əvvəl olduğu kimi güc yolu ilə bu ölkələri ətrafında
tutmağa deyil, eyni zaman "SOFT POWER” dediyimiz, "yumşaq güc”dən
istifadə edərək qərbçi ictimai rəyi qırmaq üçün əlindən gələni edir. Çünki
Kreml də anlayır ki, güclə hər şeyi həll etmək çox zaman mümkün deyil. İndi bir
yerdə uzun müddət qala bilmək üçün yalnız ictimai rəyi "işğal” etməlisən.
Azərbaycanda da istədikləri qruplara dəstək vermək və ictimai rəyə təsir etmək
üçün artıq bu cür bu cür xəbər portalları qurublar. Bakıda Rusiyanın
"Sputnik” xəbər portalı və onun radiosu fəaliyyətə başlayıb. Xüsusilə
sabah "Milyarderlər ittifaqı” kimi bir qurumun Azərbaycanda dəstək verdiyi
qruplara belə bir media dəstəyi çox vacib olacaq”.
http://strateq.az/mediya/6405-az%C9%99rbaycan-u%C4%9Frunda-ab%C5%9F-rusiya-sava%C5%9F%C4%B1-color-red-ilham-%C9%99liyev-hans%C4%B1-add%C4%B1m%C4%B1-atacaq.html
Комментариев нет:
Отправить комментарий