- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.06.2015

"Siyasət soyuqbaşlı hesabat işidir" - Roznerdən Qarabağ açıqlaması


"Rusiya üçün Azərbaycanla münasibətlər Ermənistanla münasibətlərdən daha önəmlidir".
Strateq.az Anspress-ə istinadən xəbər verir ki, bu fikri Rusiyanın tanınmış jurnalisti və teleaparıcısı Vladimir Pozner bildirib. 
İrəvanda Rusiya şirkətinin elektrik enerıjisinin qiymətini qaldırmasından sonra başlanan etiraz aksiyasına toxunan Pozner Ermənistanla Azərbaycan arasında yaşanan Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Siyasət soyuqbaşlı hesabat işidir, milli marağın bu baxımdan dəqiq hesablanmasıdır”

Telejurnalist Rusiya maraqları baxımından Ermənistanla Azərbaycanı müqayisə edib:
Vladimir Pozner
“Rusiya öz milli maraqlarını nəzərdən keçirir və bu, müxtəlif məsələlərlə bağlıdır. Ermənistana baxaq. Yoxsuldur - orda daşlı torpaqdan və ərikdən başqa heç nə yoxdur. Kiçikdir, əhalisi azdır. Azərbaycana da baxaq - zəngin neft ölkəsi açıq-aydın inkişaf edir. Üstəgəl, Türkiyə ilə çox sıx əlaqələri var. Türkiyə həddindən vacib ölkədir, NATO-nun üzvüdür. Ümumiyyətlə, cənubda ən vacib ölkələrdən biridir”. 
http://strateq.az/aktual/6500-siyas%C9%99t-soyuqba%C5%9Fl%C4%B1-hesabat-i%C5%9Fidir-color-red-roznerd%C9%99n-qaraba%C4%9F-a%C3%A7%C4%B1qlamas%C4%B1.html

Комментариев нет:

Отправить комментарий