- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.02.2015

Azərbaycandan Böyük Britaniyaya nota

Məktubda separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusi vurğulanıb
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iyulun 1-də Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda  8 iyul 2015-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə bağlı Azərbaycan Respublikası Hökumətinin qəti etirazı bildirilib.


Bu kimi halların Azərbaycan və Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirilib.
Səfir İrfan Siddiq Böyük Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını deyərək, Azərbaycanın narahatlığı barəsində ölkəsinin XİN-ənə məlumat verəcəyini diqqətə çatdırıb. 
Həmçinin, XİN-nin təlimatı əsasında Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən məsələ ilə bağlı Böyük Britaniya XİN-də görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib.
Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin məktubuna cavab olaraq, Böyük Britaniya XİN-in məktubunda bildirilib ki, Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Böyük Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır.
Məktubda separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusi vurğulanıb.
http://www.meydan.tv/az/site/politics/6750/Az%C9%99rbaycandan-B%C3%B6y%C3%BCk-Britaniyaya-nota.htm

Комментариев нет:

Отправить комментарий