- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.31.2015

İran Azərbaycana hərbi sənaye sahəsində kömək edə bilər

Bunu Trend-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, son zamanlar dünya ölkələrinin İrana qarşı siyasətində hiss olunan yumşalma yeni əməkdaşlıqlara gətirib çıxaracaq: "Bu prizmadan yanaşsaq, İran Azərbaycanla da bir sıra yeni sahələrdə əməkdaşlığa başlayacaq. Hesab edirəm ki, sözügedən ölkə hərbi sahədə çox inkişaf edib".
Deputat rəsmi Tehranın hərbi sahədə Azərbaycana kömək edəcəyini istisna etmir: "90-cı illərdə bu ölkəyə səfərim zamanı İranda çox nəhəng hərbi sənaye komplekslərinin olduğunu görmüşəm. Düşünürəm ki, İranın sanksiyalardan azad olması yeni əməkdaşlıqlara gətirib çıxaracaq. Ola bilsin ki, rəsmi Tehran Azərbaycana məhz hərbi sahədə yardım etsin".

V.Əhmədov İranın neft-qazla zəngin ölkə olduğunu və bu sahədə də Azərbaycanla əməkdaşlıq edəcəyinin gözlənilən olduğunu bildirib.
Onun sözlərinə görə, Tehran müəyyən vaxtdan sonra Azərbaycanın qaz kəmərindən istifadə edəcək: "İran Azərbaycanın müəllifi olduğu boru kəmərləri layihələrindən istifadə edərək öz resurslarını Avropaya ixrac edəcək. Hazırda bu istiqamətində danışıqlar gedir".

http://yaxa.org/az/xeber/19935

Комментариев нет:

Отправить комментарий