- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

9.04.2015

ATƏT-in Dağlıq Qarabağda keçirilən "seçkilər"lə bağlı mövqeyi dəyişməz qalır

Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı ATƏT-in mövqeyi dəyişməz olaraq qalır.

Bu barədə APA-ya ATƏT-in mətbuat xidmətindən işğal olunmuş Azərbaycan ərazisində separatçı rejimin “yerli özünüidarə orqanlarına seçkilər” keçirməsi ilə bağlı planlarına münasibət bildirilərkən məlumat verilib.

 Mətbuat xidməti ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 aprel 2015-ci il bəyanatlarını da xatırladıb: “Həmin bəyanatda göstərildiyi kimi münaqişənin hərtərəfli həlli kontekstində biz Dağlıq Qarabağ xalqının öz müqəddəratının təyin etmək rolunu qəbul edirik. Lakin nə 3 həmsədr ölkə, nə də başqa ölkələr Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanıyır. Həmsədrlər keçiriləcək “seçkilər”in nəticələrinin Dağlıq Qarabağın hüquqi statusunu dəyişəcəyini qəbul etmirlər. Bu heç bir halda Dağlıq Qarabağın son statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin nəticələrini əvvəlcədən müəyyən etmir”.

http://deyerler.org/274500-atzht-in-dadldq-qarabadda-kegiriljn-segkiljrlj-badld-mgvqeyi-djyiemjz-qaldr.html

Комментариев нет:

Отправить комментарий